1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu FOTO

1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu FOTO

01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etmiş, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.

Tədbirdə İcra başçısı hörmətli Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edir.

Prokurorluq sistemində səmərəli fəaliyyətinə və 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyəsi ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə