"Bu gün ənənəvi kütləvi media çox dəyişib. Buna baxmayaraq, kütləvi medianı məlumatların ən yaxşı mənbəsi hesab etmək olar". SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistika kafedrasının müdiri Aynur Kərimova Bakı Forumu çərçivəsində jurnalistika ilə bağlı keçirilən dəyirmi masanın üçüncü panelində çıxış edərkən deyib.
O bildirib ki, artıq hər kəs məlumatı müxtəlif planşet, mobil telefon kompüterlər vasitəsilə əldə edə bilirlər: "Biz sivilizasiyaların imkanlarının genişləndiyi bir dövrdə yaşayırıq. Quddenberqin çap maşının icadı böyük dəyişiklər gətirdiyi kimi, daha sonra telefonların yaranması radio və televiziyanın daha da inkişafına yol açdı. Kitab, televiziya bizə xəbərin bir modelini verirsə, internet xəbərin bir çox modelini vermək qabiliyyətinə malikdir. Bu baxımdan bütün resurslar internetə keçid aldı. Ən vacib məqam təkcə izləyicilər deyil, xəbərlərin yaradıcılarıdır. Onlar müasir texnologiyalar vasitəsi xəbər istehsal edirlər. Bir düymə xəbərin yayılmasında böyük rol oynayır".
Daha sonra çıxış edən AMEA-nın Informasiya Texnologiyaları Institutunun sektor müdiri İradə Ələkbərova AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova sosial medianın hər bir kəsə özünü jurnalist kimi aparmağa imkan yaratdığını qeyd edib. İ. Ələkbərova "Vikipedia" vasitəsi ilə məqsədli olaraq dövlətlərin tarixinə, mədəniyyətinə təcavüz edildiyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB