Rüstəmcon Cabbarov: "Bu gün informasiya istənilən silahdan güclüdür"

Rüstəmcon Cabbarov: "Bu gün informasiya istənilən silahdan güclüdür"

"Sosial media yeni dialoq platforması yaradır". SİA-nın xəbərinə, görə, bunu ABŞ Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altman Bakı Forumu çərçivəsində jurnalistika ilə bağlı keçirilən dəyirmi masanın üçüncü panelində çıxış edərkən deyib.

Onun sözlərinə görə, müasir dövrdə jurnalistikanın formatı dəyişir: "Bu da jurnalistlər və oxucular arasında etimadı artırır. Bu gün 18-20 yaşlı gənclər xəbəri sosial mediadan əldə edir. Ənənəvi media sosial medianın imkanlarından yararlanmağı, "rəqs etməyi" bacarmalıdır". Özbəkistanın "Darakçı" nəşriyyat evinin redaksiya heyətinin müavini Rüstəmcon Cabbarov bildirib ki, hər birimiz informasiya dövründə yaşayırıq: "İnformasiyaya olan tələbatımız artıb. Əvvəllər informasiyanı aylar ərzində əldə etmək mümkün idisə, indi onu anında öyrənə bilirik. Çörçilin "kimin məlumatı varsa, dünyanı o idarə edir " fikri bu gün özünü təsdiq edib. Əgər bir müddət öncə informasiya dalınca qaçırdıqsa, indi isə biz ondan qaçmağa başlayırıq. Yayımlanan bütün informasiyaların məqsədi var. Dünyadakı vəziyyəti araşdırsaq görərik ki, baş verən proseslər bir-birilə ziddiyət təşkil edir. Bütün proseslərdə düzgün olanı tapmaq çox çətindir. Özbəkistanda hər kəs öz fikrini azad, sərbəst ifadə etmək hüququna malikdir. Bu gün informasiya istənilən silahdan güclüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə