" 2 ay əvvəl Türkiyədə FETÖ tərəfindən hərbi çevriliş cəhdi oldu və bu cəhdin qarşısı xalq tərəfindən alındı". SIA-nın xəbərinə görə, bunu Türkiyənin "Anadolu" Agentliyinin informasiya kommunikasiyaları texnologiyaları şöbəsinin müdiri Yakup Şivka V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistika ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.
Şəhidlərə rəhmət, yaralılara şəfa diləyən Y. Şivka qeyd edib ki, klassik media oxucu ilə birtərəfli əlaqə saxlayıb: "İnformasiya texnologiyalarının inkişafı ilə yeni media yaranıb, ümumən media dəyişib: "Əvvəllər xəbər qəzetdən vətəndaşa gedirdisə, indi xəbər həm də vətəndaşdan qəzetə gəlir. Əvvəllər xəbər istehsalı media şirkətlərinin əlində idisə, indi sosial mediada hər kəsin xəbər istehsal etmək imkanı var. Əvvəllər jurnalda bir ay əvvəlki xəbəri oxuya bilərdik, indi yeni mediada anında xəbəri oxuyuruq. Artıq vətəndaşın da media fəaliyyəti ilə məşğul olduğu dövrdəyik. Ona görə də media, jurnalist vətəndaşdan bir addım irəlidə olmalıdır. İndi yaxşı jurnalist olmağınız üçün yaxşı internet istifadəçisi olmağınız lazımdır. Jurnalistin günlərlə axtardığı xəbəri sosial mediada bir anda ortaya çıxmaqdadır. Bu gün insanlar sosial media üzərindən qısa müddətdə kütləvi surətdə bir araya gələ bilir. Misir və Liviyada biz bunu gördük. Sosial mediada süzgəc yoxdur, hər cür xəbər var. Media sosial mediada obyektiv xəbər tapmalıdır".
Yakup Şıvka söyləyib ki, media təsdiqlənməmiş xəbər yaymamalıdır: "Araşdırmalar göstərir ki, gənc nəslin əksəriyyəti xəbəri sosial mediadan, yaşlı nəsil əsasən telekanallardan alır. Gələcəkdə internetin olmayacağı yer qalmayacaq. Bu, jurnalistikaya yeni imkanlar açdığı kimi yeni təhdidlərə də yol açacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB