Müstəqillik tarixinə yeni töhfələr

Müstəqillik tarixinə yeni töhfələr

Referendumun nəticələri ümumxalq istəklərini ifadə etdi

Birmənalı fakt ondan ibarətdir ki, bu gün Azərbaycan dünyada iqtisadi, siyasi, sahələrdə ən inkişaf edən dövlətlərdəndir. Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük uğurlar, nailiyyətlər əldə olundu. Demək olar ki, ən böyük naliyyətlərdən biri də Ümumummilli Lider Heydər Əliyevin müəllifliyi ilə Azərbaycanın Milli Konstutsiyasının qəbul olunması idi. Məhz milli konstutsiyanın qəbul edilməsindən sonra ölkədə bir çox mühüm siyasi sənədlər, konsepsiyalar, strategiya və proqramlar qəbul olundu. 1995-ci il mayın 2-də Ümummilli Lliderimiz Heydər Əliyevin Sədrliyi ilə dövlət xadimləri və hüquqşünaslar, müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimlərindən ibarət Konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilmiş və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanunumuzun qəbul edilməsi demokratik, hüquqi, dünyəvi dövlət qurulması sahəsində yeni bir mərhələ açdı, dövlət quruçuluğunda, ictimai-siyasi və mədəni həyatda dinamik proseslərə güclü təkan verib. Dünyada ən demokratik konstitusiyalardan biri olan bu sənəd hakimiyyətin 3 qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verdi, insan hüquq və azadlıqlarının prioritetləri prinsiplərini müəyyən edib. Komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında Ulu Öndər Heydər Əliyev demişdir: "Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır".

İnkişafın yeni mərhələsində

Məlumat üçün qeyd etmək lazımdır ki, dövlətin idarə edilməsi üçün əsas qanun olan konstitusiya anlayışı latın dilində olan "constitucio" sözündən olub hərfi mənası "quruluş", "təsisat", "qurmaq", "təsis etmək" deməkdir. Konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodalzadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. İlk yazılı Konstitusiya kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir. 1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinə əsasən ölkə Konstitusiyasının qəbul edilməsi yalnız ümumxalq səsverməsi - referendum yolu ilə mümkündür. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Ən azı üç yüz min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. Azərbaycan geniş inkişaf etdiyindən Konstutsiyada yeni dəyişikliklərinn edilməsini zərurətə çevirdi. Azərbaycan Konstitusiyasının 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyanın 153-cü maddəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Məhz bu qanunvericilik aktlarından çıxış edərək 2002 və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyada edilən dəyişikliklər Konstitusiyanın bir sıra normalarının təkmilləşdirilməsinə və başlıca olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsinə xidmət edir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aparılan geniş miqyaslı siyasi, hüquqi və sosial islahatlar Konstutsiyada yeni dəyişikliklərin edilməsini günün tələbinə çevirdi.

Beləliklə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" 26 iyul 2016-cı il tarixli qərar qəbul edildi. Referendum Aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsinə təklif olunan dəyişiklik və 6 maddənin əlavə edilməsi Azərbaycan dövlətinin siyasi əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının və vəzifələrinin dəqiqləşdirilməsinə, ali qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsi-referendum Azərbaycanın müstəqillik tarixinə yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan xalqı referendumu birmənalı şəkildə dəstəklədi, əlavə və dəyişikliklərə "Hə" dedi. Həm Mərkəzi Seçki Komissiyasının, həm "Exit Poll" keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq demək olar ki, səsvermə xalqın iradəsinə əsasən, azad və demokratik şəraitdə keçib. Referendumu yaxından izləmiş nufuzli beynəlxalq təşkilatlardan olan müşahidəçilər birmənalı şəkildə seçkilərin beynəlxalq hüquq normalarına əsasən azad və şəffaf şəraitdə keçirildiyini bəyan ediblər. Səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun əlavə və dəyişikliklərə "Hə" deməsi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərdi. Xalq Konstutsiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət olduğunu bilirdilər. Xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi. Təbii ki, bu uğurlar dövlətimizin inkişafına, xalqımızın daha firavan, təhlükəsiz yaşamasına xidmət edir. Bununlada həm də, onu demək olar ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsini ürəkdən istəyir və Prezident İlham Əlieyev xalqa, dövlətə xidmət üzərində qurulan, həyata keçirilən siyasətini biurmənalı şəkildə dəstəkləyirlər.

Kamilə Əliyeva, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə