V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda Dəyirmi Masanın "Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalsitikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu" adlı üçüncü panel öz işinə başlayıb. SİA-nın xəbərinə görə, panel AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçirilir.
O bildirib ki, panelin mövzusunun böyük əhəmiyyəti var. Onun sözlərinə görə, paneldə sosial şəbəkələrin fəaliyyətinin təşkili xüsusiyyətləri, korvergensiya prosesi, blogerliyin fərdi jurnalist fəaliyyətini reallaşdırmaq forması və rəsmi KİV-lərə özünəməxsus alternativ mövcudluğu, internetdə KİV-lərin inkişaf perspektivləri kimi məsələlər müzakirə olunacaq. Hazırda insanların sosial şəbəkələrə üstünlük verdiyini deyən V.Seyidov qeyd edib ki, sosial şəbəkələr bizə süni həyat yaşamağı öyrədib: "Artıq ailələrdə hər kəs bir -birini sosial şəbəkələr vasitəsilə təbrik etməyə başlayıb. Amma sosial şəbəkələrin müsbət tərəfləri də var".
Daha sonra çıxış edən Çilinin "Andres Bello" Universitetinin professoru Marcos Belmor Borkoski Paes söyləyib ki, hazırda çap mediası ilə internet media arasında mübarizə gedir: " Müasir dövrdə biz internet media ilə daha tez informasiya əldə etmək imkanına malik oluruq. Jurnalistlər humanitar məsələləri təbliğ etməlidirlər. Bu, bizim üçün çox önəmlidir. Jurnalistika təkcə informasiya çatdırmaq demək deyil. Biz ilk növbədə insan olduğumuzu unutmamalıyıq. Jurnalist üçün faciə xəbəri bir filmə bənzəyir. Biz informasiyaların dəqiqliyinə önəm verməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB