AZƏRTAC-la AKI arasında saziş imzalanıb

AZƏRTAC-la AKI arasında saziş imzalanıb
Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda Dəyirmi Masa çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İtaliyanın Adn Kronos İnternational SRL (AKI) agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq Sazişi imzalanıb. SİA-nın xəbərinə görə , Sazişi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və Adn Kronos İnternational SRL agentliyinin vitse-prezidenti Quido Ralariko imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə