“Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı dəyirmi masa keçirilir SƏS TV
Hazırda V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" adlı dəyirmi masa keçirilir. Dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və xarici ölkələrin nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov qeyd edib ki, dünya ölkələri ekoloji problemlərlə bağlı xeyli səhvlərə yol verib. O bildirib ki, bu səhvlər təkrar olunmamalıdır: "İllərlə müzakirələr keçirilir, "ekoturizm", "ekoiqtisadiyyat" deyilir. Amma dərinə gedəndə görürsən ki, bunun ekologiyaya heç aidiyyəti yoxdur. Resurslardan düzgün istifadə edilməməsi bizə böyük problemlər yaradıb. Hazırkı dövrdə heç bir ədəbiyyat, təhsil sadə həyatı dəstəkləmir. Bəs onda ekosivilizasiyadan necə danışmaq olar?..".
Çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ÜDM istehsalına görə dünya ölkələrinin enerjidən istifadə səviyyəsini müqayisə edərək bildirib ki, davamlı inkişaf indikatorları əslində sosial indikatorlardır. ÜDM-də enerjidən az istifadə edilərsə, bu, həm ətraf mühitə xeyirdir, həm də qənaətdir. İnkişaf etmiş ölkələrə baxdıqda görürük ki, məsələn, ABŞ-da 1000 dollar səviyyəsində ÜDM istehsal etmək üçün 100 enerji vahidindən istifadə edir. Amma Azərbaycanda bu göstərici 89-dur. Bu göstəricilər innovativ idarəçilik sayəsində mümkün olub".
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Edvard K.Preskott çıxışında ekoloji problemlərdən, bu günə qədər işlənmiş metodlardan və bundan sonra tətbiq oluna biləcək üsullardan söhbət açıb.
Tədbirdə İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollini çıxış edərək bildirib ki, hər birimiz istənilən halda ətraf mühitə təsir edirik. Müəssisələr, şirkətlər var ki, onlar bazar şəraitinə uyğunlaşıblar. Enerji məsələsi davamlılığın əsas məğzidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB