"Bu gün jurnalistika artıq birtərəfli küçə deyil. Xəbərlər təkcə bir auditoriya tərəfindən hazırlanır. Burada digər tərəf də var. Biz hər iki tərəflə dialoqlarımızı davam etdirməliyik". SİA-nın xəbərinə görə, bunu slovakiyalı jurnalist, "International Habitat for Humanity" təşkilatının əməkdaşı Yekaterina Bezgaçina forum çərçivəsində keçirilən paneldə çıxış edərkən deyib.
O bildirib ki, hazırki dövrdə rəqəmsal inqilabın nəticələri görünür: "Xəbərlər tez baş verir. Biz kanalları idarə edə bilmirik. Bu, azadlıq baxımdan çox yaxşıdır. Amma digər tərəfdən bunun ziyanını da görürük. Məlumat axını həddindən artıq gurdur. Biz məlumat dənizində bata bilərik. Çünki bu məlumatların nə qədər düzgün olduğuna əmin deyilik. Bu, çox önəmli faktordur. Bəzən dəqiq məlumatı tapmaqda belə çətinlik çəkirik. Lakin biz bunun müsbət tərəflərindən istifadə edə bilərik".
Slovakiyalı jurnalist əlavə edib ki, peşəkarlarla əməkdaşlıq gücləndirilməlidir: "Biz təşkilat kimi jurnalist rolunu oynayır, cəmiyyətin tələbatını öyrənməyə çalışırıq. Media sosial platformalarından peşəkar sürətdə istifadə etməyi bacarmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB