Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda Dəyirmi Masanın "Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu" adlı ikinci paneli keçirilir. Panel ABŞ-ın Market Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzinin moderatorluğu ilə keçirilir.
Paneldə ilk çıxış edən Argentinanın Telam Milli Xəbər Agentliyinin prezidenti Rodolfo Pousa bildirib ki, XXI əsrin başlanğıcından başlayaraq texnologiyaların inkişafı bu sahədə diqqət çəkən məqamlardandır: "Bu çətinliklərin arasında münaqişələrin həllini gücləndirmək üçün dərin dialoqun yaradılması, eləcə də beynəlxalq hüquqların təmin olunması vacibdir. Cəmiyyəti elə informasiya ilə təmin etmək lazımdır ki, bu onların rəyinə təsir edə bilsin. Sosial dəyişikliklər simvolik mühitdə baş verməlidir. Dialoqların keçirilməsi mədəniyyətlərarası dialoq üçün platforma açır. Bəziləri IV dünya müharibəsinin olacağı bildirir. Lakin biz bunu dəstəkləmirik, bunun qarşısını almaq üçün hər kəsi dialoqa çağırırıq. Bütün məlumatların dəqiq təhlil edilməsi vacib amildir. Bu hərəkətlərin qarşısını almaq üçün bir çox tədbirlər görülməlidir. Bu baxımdan jurnalistikanın inkişafı əsas amillərdəndir. Bu proseslərin tənzimlənməsi üçün jurnalistika və onun inkişafı üçün lazımi şəraitin yaradılması əsas şərtlərdəndir. Analitiklər qeyd edir ki, dialoqların sayı çoxalmalıdır ki, mədəniyyətlərarası dialoq inkişaf etsin və bu da dinlərarası dialoq üçün mühüm əhəmiyyət kəsb edir. Fikir azadlığı kimi məqamlar medianın hərəkətverici faktorudur. Bu cür dialoqlar dünyada sülhün bərqərar olması üçün vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə