Tolerantlıq və multikultiralizm dəyərləri Azərbaycan üçün yeni deyil. Azərbaycan bu sahədə dünya üçün bir nümunəyə çevrilməyə nail olub. SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masanın "Humanitar fəlakətlər və ekstremal vəziyyətlər nəticəsində inanların kütləvi yerdəyişməsini müasir prosesləri: nəticələr və həlli yolları" sessiyasında çıxışı zamanı deyib.
Təhsil naziri deyib ki, mütamadi olaraq Bakıda keçirilən beynəlxalq forum digər ölkələrin bu sahədəki təcrübəmizi öyrənməsi baxımından əhəmiyyətlidir: "Bu il ölkəmizdə multikultiralizm ili çərçivəsində bir sıra tədbirlər keçirilib. Təhsil sahəsində də multikulturalizm dəyərləri tətbiq olunur. Belə ki, milli azlıqların kompakt yaşadığı ərazilərdə onların öz dillərində ibtidai təhsil alması, ölkəmizdə türk, rus, ingilis, ivrit dillərində məktəblərin olması buna nümunədir. Azərbaycanın ali təhsil məktəblərində əcnəbi tələbələr təhsil alır, onların sayı hər il artır. Təhsilimizə iri həcmli sərmayənin qoyuluşu davam edir. Çünki təhsil gələcək üçün böyük önəm daşıyır. Təhsil ekstrizmə, pis vərdişlərə qarşı ən yaxşı peyvənddir".
Nazir əlavə edib ki, Azərbaycan torpaqlarının işğalı və insanlarımızın öz yurdlarından didərgin düşməsi təhsilə də təsirsiz ötüşməyib. Ümumilikdə münaqişə nəticəsində 700-dək təhsil müəsissəsi dağılıb: "Məktəb və şagirdlərin hədəfə alınması, atəşkəsin pozulması bu gün də davam edir. Məktəbli Fariz Bədəlovun 2011-ci ildə erməni snayperinin qurbanı olmasını hər kəs xatırlayır. Bu ilin aprel ayında ermənilərin davamlı atəşkəsi pozması ilə şagirdləri və məktəbləri hədəfə aldı".
Nazir məcburi köçkün və qaçqın ailələrinə göstərilən diqqətdən danışıb, onların övladlarının ödənişli təhsil haqqının dövlət tərəfindən ödəndiyini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB