Leyla Əliyeva: "Problemləri birgə həll edə bilərik"

Leyla Əliyeva: "Problemləri birgə həll edə bilərik"

Azərbaycan qədim adət ənənəyə, zəngin tarixə malik, Şərq və Qərb arasında yerləşən dövlətdir. Bütün bunlar idə bizim mədəniyyətə təsir edib, ölkəmizi tolerantlıq məkanına çevirib. SİA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusundakı dəyirmi masada çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

O bildirib ki, Azərbaycan öz təbiəti ilə də seçilən ölkədir: "Gənclər adından ətraf mühüt sahəsində bir sıra layihələr irəli sürərək həyata keçirib. Biz ətraf mühütün mühafizəsi ilə bağlı son beş ildə müsbət nəticələr əldə etmişik. 5 min ağac əkilib, yoxa çıxan heyvan növlərinin qorunması, istiqamətində tədbirlər görülüb, ekologiya mövzusunda gənc rəssamların rəsmlərni təqdim etmişik".

L.Əliyeva deyib ki, ekoloji svilzasiya konsepsiyanın qorunması vacibdir: "Ətraf mühüt tədbirlərinin sərhədi yoxdur, hamı bu işə qoşula bilər. Bəzən bilərəkdən təbiətə ziyan vurulur. Meşələrə, bitki örtüyünə, heyvanlara ziyan dəyir. Bütün bunlar təxirəsalınmaz tədbirlər tələb edir. Biz uğurlara müsbət və optimist fikirlərlə nail ola bilərik".

L.Əliyeva beynəlxalq ictimaiyyətin heyvan və bitkilərin qorunmasında uğurlar əldə etdiyini vurğulayıb: "Görülən tədbirlər nəticəsində panda ayılarının sayı artıb. Azərbaycanda ceyranların sayının artması layihəsi həyata keçirilib, hazırda onların nəticəsi olaraq onların sayı 200-fən 600-a çatıb. Nərə balığı ilə bağlı da təhlükəni aradan qaldırmaq istəyirij". L.Əliyeva dünyada 120 milyon insanın ərzaqa ehtiyac duyduğunu deyib: "Bu problemi birgə səylərlə aradan qaldıra bilərik. Əlimizdən gələni etməliyik ki, heç bir uşaq aclıqdan ölməsin, qidadan əziyyət çəkməsin. Biz birgə, əl- ələ verib bu problemləri həll edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə