Türkiyəli professor BDU-da olub FOTO

Türkiyəli professor BDU-da olub FOTO

V Bakı Beynəlxalq humanitar forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyənin Qazi Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı, professor Zakir Avşar Bakı Dövlət Universitetində olub. BDU-dan SİA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonağa universitet haqqında məlumat verib, jurnalistika fakültəsi, tədris olunan fənlər barədə danışıb.

Professor Zakir Avşar, öz növbəsində, təmsil etdiyi fakültə haqqında danışaraq, onun Türkiyənin jurnalistika fakültələri arasında ilk yerlərdə qərarlaşdığını bildirib.

Sonra professor Zakir Avşar jurnalistika fakültəsinin Tədris tele-radio studiyası ilə tanış olub, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə