"Həmsədrlərin regiona səfərindən sonra prezidentlərin görüşü və yaxud hər hansı təklifləri məlum olacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə XİN rəhbəri Elmar Məmmədyarov deyib.
O bildirib ki, Nyu Yorkdan əvvəl Moskvada olaraq, rusiyalı həmkarı Lavrovla görüşüb və bu məsələni müzakirə ediblər: "Bilirsiniz ki, Sankt Peterburqda Rusiya prezidentinin təşəbbüsü ilə görüş keçirilib. Orda da qeyd edilib ki, məsələni irəli aparmaq üçün bir də görüşmək lazımdır".
Təmas xəttindəki gərginlikdən danışan nazir deyib ki, Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi barədə Nyu-Yorkdakı çıxışında da qeyd edib: "Orada bildirdim ki, bu böyük təxribatdır. Əgər biz sülhdən danışırıqsa, ermənilərin qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu deyiriksə, o zaman onların ilk növbədə Ağdamda təlim keçirməsi təxribatdır. Bu, sülh prosesinə böyük zərbədir. Bu baxımdan həmsədrlərə də bu barədə tam şəkildə məlumat vermişəm ki, onlar da Ermənistan tərəfi ilə ilə əlaqə saxlasınlar, belə təxribata yol verməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB