Gəncədə Festival çərçivəsində konsert təşkil edilib FOTOLAR

Gəncədə Festival çərçivəsində konsert təşkil edilib FOTOLAR

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində Türk Şurasının Gənclər Festivalı çərçivəsində konsert proqramı təşkil olunub. SİA-nın verdiyi məlumata görə, konsertdə ilk çıxışı "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblı edib. Gəncə Musiqi Kolleci "Şuh təsnifi" ilə tamaşaçılara dəyərli anlar yaşadıb. Konsertdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan gənclər nəğmələr səsləndiriblər, rəqs nömrələri ilə çıxışlar ediblər. Müasir avadanlıqlarla bəzədilmiş səhnədəki çıxışlar tamaşaçıların qəlbini ovsunlayıb.

Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev bildirib ki, Türk Şurasının nəznində Gənclər və İdman Nazirliyinin toplantıları keçirilib. Nazir müavini qeyd edib ki, toplantının qərarına əsasən, Gəncə şəhərində Türk Şurasının Gənclər Festivalı öz işinə başlayıb. İlk dəfə keçirilən bu layihənin davamlı olacağını bildirən İntiqam Babayev xüsusi vurğulayıb ki, bu festival çərçivəsində türk dövlətlərinin gəncləri arasında fikir mübadiləsi aparılır, bir sıra təkliflər hazırlanacaq və gənclər siyasəti çərçivəsində əməkdaşlıq genişləndiriləcəkdir.

Bildirək ki, Türk Şurasının Gənclər Festivalı sentyabr ayının 30-da yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə