"İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bugün Oğuz rayonunda "SAY: Volunteerinq Festival" (Könüllülük festivalı) layihəsinə start verib. SİA-nın məlumatına görə, layihənin açılış mərasimi sentyabrın 28-də Oğuz şəhərində keçirilib.
Azərbaycanda 2017-ci ildə həyata keçiriləcək IV İslam Həmrəylik Oyunları komitəsi, layihənin tərəfdaşıdır. Layihənin məqsədi bu zaman çərçivəsində artıq könüllülük təcrübəsi olan gənclərin bilik və bacarıqlarının daha da artırılmasıdır. Məhz bu səbəbdən həyata keçirilən layihədə gənclər üçün komanda quruculuğu, özünü təqdim etmə bacarıqları, tədbirlərin təşkili və bir çox mövzular üzrə xüsusi təlimlər keçiriləcəkdir. Könüllük festivalı zamanı gənclər bir çox mədəni əyləncəli proqramda iştirak edəcəkdir. Azərbaycan Səmti müəyyən etmə federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Hava və Ekstrimal İdman növləri federasiyası Fairex klubu tərəfindən gənclər üçün bir sıra təlim məşq tədbirləri həyata keçiriləcək. Gənclər üçün konüllülük simuliyasiya oyunları, intellektual yarışlar keçiriləcəkdir. Layihə zamanı xüsusi ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək respublikamızda geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən danışıb, layihə iştirakçılarına uğurlar arzulayıblar.
100-dən artıq gəncin iştirakı ilə bir neçə gün ərzində Oğuz rayonunda baş tutacaq layihə zamanı "Xarı bülbül", "Kəpəz", "Buta", "Muğam", "Nar", "Alov", "Qobustan", "Xəzri" komandaları bal hesabı ilə yarışacaqlar. Sonda qalib komanda xüsusi təltifləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB