Cənubi Afrikada “Yurd” ansamblı Azərbaycan rəqslərini təqdim edib FOTO
21-25 sentyabr 2016-cı il tarixində CAR-ın Pretoriya şəhərində Dance Star Rəqs Müsabiqəsinin Dünya Turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib. Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində Səfirliyimizin nəzdində və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən "Yurd" rəqs ansamblı bir neçə Azərbaycan milli və klassik rəqsləri ilə təmsil olunub. Cənubi afrikalı solistlərin "Lalələr" mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin "Min bir gecə" və "Yeddi gözəl" baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.
Qeyd edək ki, DanceStar Beynəlxalq Rəqs Müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövlətitəmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz" Yurd" ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB