27 sentyabr 2016-cı il tarixində ARGTMŞ Gənclər Evində "QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı çərçivəsində "Sosial Siyasət və Sosial Tədqiqatlar" mövzusunda seminar keçirilib. Seminarda Milli Şuranın üzvü olan 12 gənclər təşkilatının nümayəndələri iştirak edib. SİA-nın məlumatına görə, seminarın keçirilməsində məqsəd sosial iş sahəsində gənclər təşkilatları və gənclər arasında məlumatlılığı artırmaq və iki ölkə arasında təcrübə mübadiləsini həyata keçirməkdir.
Çex Respublikasının KARİTAS (CARITAS – College of Social Work Olomouc) kollecinin nümayəndələri tərəfindən sosial siyasət və onun həyata keçirilməsi, sosial tədqiqatların aparılması istiqamətində əsas məlumatlar verilib. Həmçinin beynəlxalq ekspertlər tərəfindən keçirilən seminarda iştirakçılar Çex Respublikasının sosial iş sahəsindəki təcrübəsi və sosial vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, KARİTAS (CARITAS – College of Social Work Olomouc) kolleci sosial iş sahəsində ixtisaslaşmanın vacibliyini nəzərə alaraq 1995-ci il də yaradılıb. Kollec qısa müddət ərzində Çex Respublikasının sosial sahədə vahid təhsil proqramı təklif edən tanınmış institutuna çevrilib.
Xatırladaq ki, seminar "QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı çərçivəsində həyata keçirilir. 2012-ci ildən start götürülən QİDA Proqramı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilir. QİDA çərçivəsində keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlimalətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bugünə qədər 53 gənclər təşkilatından 415 iştirakçı QİDA proqramı çərçivəsində 47 ayrı təlimdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB