İxtisasartırma kursları başlayır

İxtisasartırma kursları başlayır

"Azəravtoyol" ASC-nin "Azəryolelmi tədqiqat layihə" İnstitutu yol təsərrüfatı mütəxəssisləri üçün ixtisaslaşdırma kursları keçirir. "Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, kurslarda materialların tədqiqatı üzrə laborantlar, mexanizatorlar, operatorlar, mexaniklər və vərdənə ustaları hazırlanacaq, eyni zamanda kompyuter proqramları tədris ediləcək.

Kurslar 2016-cı ilin 01 oktyabr tarixindən etibarən keçiriləcək və kursun sonunda müvafiq şəhadətnamə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə