Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğına qarşı mübarizə əməliyyatının 60 əməkdaşı 27-30 sentyabr tarixində meşə yanğınlarına qarşı mübarizə ilə əlaqəli iki fransalı mütəxəssisin iştirakı ilə təcrübə mübadiləsi seminarında iştirak edib. SİA-ya Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Fransa Daxili İşlər Nazirliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında mövcud ikitərəfli əməkdaşlıq 2007-ci ildə imzalanmış hökumətlərarası sazişə əasalanaraq ekspert və təlim mübadiləsi çərçivəsində həyata keçirilir.
Sentyabrın 30-da səfir Oreliya Buşez, Fövqəladə Hallar Nazirliyinin rəsmisi və Fransa şirkətlərinin nümayəndələrinin iştirakı ilə təlim sertifikantları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB