Bu gün Azərbaycan Dillər Universitetində "İspan İrs ayı" ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ABŞ-da 15 sentyabr 15-oktyabr tarixlərində bu ay qeyd edilir. Məqsəd latın amerikalıların bizim cəmiyyətə verdiyi töhfələri qeyd etməkdir.
Diplomat ölkə vətəndaşlarının 17 faizinin Latın Amerikalı əsilli olduğunu əlavə edib. Bildirib ki, biz cəmiyyətimizdə mövcud müxtəlifliyi öz gücümüzün mənbəyi kimi görürük. Sekuta Azərbaycanda da tarixən tolerantlığa dəyər verildiyini, bu il ölkədə multikulturalizm ili elan olunduğunu deyib: "Biz bu ortaq yanaşmanı dəyərləndiririk".
Meksikanın Azərbaycandakı səfiri Lodiriqi Lombardini deyib ki, ispan dili bütün Latın Amerikanı birləşdirən dəyərdir, necə ki Azərbaycan dili türk dilinə oxşar olduğuna görə, bu iki ölkəni birləşdirir. O, həmçinin meksikanlarla azərbaycanlılar arasında da oxşarlıqların olmasına da diqqət çəkib. Daha sonra konsert və rəqslər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB