Xoruzlu kəndinə qaz verildi

Tərtər rayonunun Xoruzlu kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 308 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19276 metr uzunluğunda pilietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə