Artıq kifayət qədər sübut olunub ki, demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminatı, eləcə də sosial-iqtisadi inkişaf faktoru dünya bilriyinə daxil olan ölkələrin ən ümdə və prioritet siyasət kimi qiymətləndirilir. Bu baxımdan, zaman-zaman ölkələrin ali qanunvericiliyini əks etdirən konstitusiyalarında əlavələr, düzəliş və dəyişikliklər ümumxalq səsverməsi yolu ilə müəyyənləşdirir. Xüsusilə, demokratik prüalizm dəyərlərinə üstünlük verən ölkələrdə bu amil zaman-zaman reallaşdırılır. Zaman dayanmır və irəliyə doğru gedir, nəticədə dünya da inkişaf edir, tərəqqi yolunu tutur. Bu baxımdan, inkişafla uzlaşmaq üçün bir sıra dəyişikliklərə də ehtiyac duyulur.
Sentyabrın 26-da ölkəmizdə keçirilən referendum səsverməsi də özündə bu məamları əks etdirdi. Azərbaycan xalqı ölkəmizin ana yasasında ediləcək dəyişkliklər üçün seçki məntəqələrinə getdi və tərəqqiyə, inkişafa "HƏ" dedi. Bununla bağlı "SƏS" qəzetinə açıqlama verən tanınmış ictimaiyyət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər vurğuladılar ki, Azərbaycanın şanlı, müasir tarixinə yeni və daha demokratik mühit, inkişaf, tərəqqi səhifəsi açıldı.
ŞƏMSƏDDİN HACIYEV, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili:
- Hələ "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması təklifi irəli sürülərkən, məndə belə bir inamlı təəssürat oyandı ki, ölkəmizin bütün sahələrdəki inkişafı üçün qanunların təkmilləşdirilməsi zərurəti həqiqətən də yaranıb. Bəli, bu bilavasitə zərurətdən doğan bir tələb idi və sentyabrın 26-da biz zərurətin reallaşmasına səs verdik. Çünki müstəqillik tariximizdə biz bir neçə dəfə bu prosesi keçmişdik, inkişaf zərurətini yaşayaraq onun tədbiqini dəstəkləmişik.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasında demokratiya, yalnız dövləti idarə etmək üsulu deyildir. O, həm də hüquqlar sistemidir. Belə ki, hüquqlar demokratik siyasi institutların ayrılmaz hissəsidir. Hüquq və azadlıqlar demokratik idarəetmə sisteminin təməlidir. Demokratiyanın tələblərinə cavab vermək üçün ona mənsub hüquqlar vətəndaşlar üçün gerçəkdə mümkün olmalıdır. Hüquqları kağız üzərində əks etdirmək, onları qanun qüvvəsinə mindirmək və hətta konstitusiyaya yazmaq kifayət deyil - bu hüquqlar gündəlik həyatda əməli surətdə tətbiq edilməli və vətəndaşlar üçün icrası mümkün olmalıdır. Demokratiya vətəndaşlara digər hər hansı bir siyasi sistemin verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqlar verir. Biz bu amilin tərəqqisi üçün, o cümlədən, dövlətçiliyimizin dünyanın siyasi arenasındakı qüdrətini daha geniş sferada təqdim olunması üçün referendum aktını dəstəklədik. Yəni səsvermə günü xalqımızın böyük əksəriyyəti seçici hüququndan istifadə edərək, bu yenilikləri dəstəklədi.
Daha bir mühüm məqam isə iqtisadi baxımdan olan yanaşmadır. Çünki bu gün həm Azərbaycan iqtisadiyyatı, həm ümumi vəziyyəti elə bir səviyyəyə gəlib çatıb ki, optimal, daha səmərəli idarəetmə vacib amillərdən birinə çevrilib. Biz bu yanaşmaya diqqət yetirsək belə qənaətə gəlmiş olarıq ki, hazırda dünyanı bürüyən qlobal iqtisadi böhrandan ən minimal şəkildə çıxmaq üçün, ən az zərər görmək üçün bu sahədə islahatların edilməsi zərurəti yaranır. Referendum aktında qeyd edilən əlavə və dəyişikliklərin nəticəsində ölkəmiz iqtisadi sahədə də ən müasir texnologiyalardan istifadə edərək, mütərəqqi inkişafa nail olacaq. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir müddət öncə bölgələrə səfəri zamanı vurğulayıb ki, yalnız neft sektoru üzrə iqtisadiyyatı saxlamaq mümkün deyil. Bunun üçün qeyri-neft sektorunun inkişafı, məsələn pambıqçılığın inkişafında növbəti tarix yazmaq olar. Çünki bildiyimiz kimi, hələ sovet dönəmində Azərbaycanda pambıqçılığın inkişafına, bu sahənin daha geniş müstəvidə vüsət almasına xüsusi diqqət göstərilirdi. Həmin dövrlərdə - Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi vaxtlarda Onun ağ qızıl adlandırdığı pambıqçılıq sahəsi SSRİ-də öz sözünü demişdi. O cümlədən, xarici ölkələrdə də Azərbaycan pambığının adı dillər əzbəri olmuşdu. Taxçılçılıq, yüngül və ağır sənaye, eləcə də digər sahələrin hər birinin bundan sonra sürətli inkişaf trayektoriyasına daxil olması məhz baş tutmuş referendum səsverməsindən sonra öz təsdiqini tapacaq. Əlbəttə ki, bütün bunların arxasında dayanan xüsusi məqam xalq faktorudur. Xalqımız daha firavan, daha xoşbəxt və daha zəngin həyat tərzi üçün uzun illərdən bəri sərgilədiyi xalq-iqtidar vəhdətini sarsılmazlığı ilə davam etdirəcək. Buna şübhə yoxdur.
Növbəti və üzərində çox dayanmaq istəmədiyim məsələlərdən biri də özlərini müxalifət adlandıran dırnaqrarası "siyasi güclərin", bəzi ermənipərəst təşkilatların bir araya gələrək, ölkəmizin, dövlətçiliyimizin inkişafına qarşı çıxışlarıdır ki, biz bu dəfə də onların rüsvayçılıqlarını, xəyanət və satqınçılıqlarını müşahidə etmiş olduq. Bununla növbəti dəfə təsdiq olundu ki, xalq belə "müxalifətə" "YOX" deməklə, dövlətçiliyin yanında olduğunu sərgilədi. Bundan sonra isə belə dəyərsiz müxalifətin siyasət arenasında qalıb hansısa iddialarla çıxış etmələrinə lüzum qalmır. Çünki onlar tükənmişlərdirlər.
Həmçinin, Azərbaycan xalqı baş tutmuş referendum nəticəsində güclü vətəndaş cəmiyyəti fonunda öz birliyini nümaiyş etdirəcək. Prezident İlham Əliyev cənabları daim çıxışlarında azad və demokratik vətəndaş cəmiyyətinin yaradılmasını təkcə dünyəvi təcrübədən əldə edilən töhfə kimi deyil, həmçinin Azərbaycan dövlətinin milli demokratik dəyərlərə üstünlük verməsi və bu dəyərlərin inkişafının Azərbaycan xalqının rifahı naminə dövlətimizin məqsədlərindən biri olması kimi səciyyələndirir ki, hazırda bizim hər birimiz əldə etdiyimiz son nətiicəədən - ümumxalq referendum səsverməsindən maksimum qaydada yararlanmalıyıq.
Artıq bilirik ki, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının Konstitusiya Məhkəməsinə göndərilmiş layihəsinə bu qurum konstitusiyanın tələblərinə uyğun olması barədə rəy vermiş və 26 sentyabr 2016-cı il tarixdə referendum təyin edilmişdir. Layihədə 23 maddə üzrə 34 əlavə və dəyişiklik edilməsi, həmçinin Konstitusiyaya, onun strukturunu dəyişən 6 yeni maddənin əlavə olunması təşəbbüsünə səs verilmişdir. Mən, məhz sizin qəzetiniz - "SƏS" qəzeti vasitəsilə bu fürsətdən istifadə edərək, tərəqqiyə, inkişafa, mütərəqqi irəliləyişi dəstəkləmiş, buna səs vermiş hər bir azərbaycanlını təbrik edirəm!
ZƏRİFƏ QULİYEVA, YAP Qadhınlar Şurasının İdarə Heyətinin üzvü:
- Qədirbilən, böyük xalıqımız sentyabrın 26-da seçki məntəqələrinə gedərək, Referendum Aktına "HƏ" dedi və sürətli inkişaf vektoru ətrafında öz birliyini növbəti dəfə nümayiş etdirdi. Çünki hər bir vətəndaş, hər bir seçici yaxşı dərk edirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilmiş və böyük səs çoxluğu ilə dəstəkləmniş referendum ölkəmiz üçün özündə çox mühüm, çox lazımlı məsələri ehtiva edir.
Həmçinin, zamanın və reallığın tələbi olan Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum siyasi mənasına və mahiyyətinə görə dövlət həyatının ən mühüm məsələlərinin ümumxalq səsverməsinə qoyulması, xalqın rəyinin sorğusu, ifadəsidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan demokratik inkişaf baxımından əksər Qərb dövlətlərini üstələyir. Azərbaycan bu gün dünyada insan haqlarının qorunduğu və qanunun aliliyinin təmin edildiyi demokratik ölkələrdən biri kimi qəbul edilir. Prezident İlham Əliyev səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə konsolidasiyalı demokratiyanın oturuşmasını labüdləşdirir.
Beləliklə, hər birimiz bunu dərk etdik ki, həm prezidentin səlahiyyət müddətinin uzadılması, həm vitse-prezidentlik institutunun təsis edilməsi, digər tərəfdən parlamentə seçimlərdə yaş senzinin aradan qaldırılması, insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklərin edilməsi, eləcə də digər məsələlər çox mühüm və müsbət addımlardır. Xalqımız çox qısa zaman kəsimində bu uğurun bəhrəsini görəcək.
Biz, 21-ci əsrdə yaşayırıq. İndi inkişaf, tərəqqi dövrüdür, ölkələr, təhsil, elm qabağa gedir. Ona görə də bu referendumun keçirillməsi bizim üçün çox vacib bir məsələ idi.
Artıq referendumu müşahidə etmiş çoxsaylı beynəlxalq müşahidəçilər, AŞPA və ATƏT-dən olan böyük nümayəndə heyətləri, nüfuzlu exit-poll qurumları da bu faktoru kifayət qədər təsdiq etmiş oldu. Artıq bütün dünya gördü və dərk etdi ki, müstəqil Azərbaycan dövləti qarşısına bir məqsədi qoyub və bu məqsədində qətiyyətlidir - xalqın, ölkənin, dövlət maraqlarının inkişafında, tərəqqisində yalnız irəliyə doğru istiqamət almaq.
Əlbəttə ki, biz də dəyişikliklərə və əlavələrə dəstək olaraq, ilk növbədə ölkə rəhbərimiz, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib, növbəti uğurlarımıza, növbəti qələbələrimizə doğru birgə addımlayacağıq.
Referendumun uğurlu nəticələrindən bizlər də sevinir və böyük fəxarət hissi keçiririk.
MEHRİBAN ABASQULİYEVA, YAP Sabunçu rayon təşkilatının sədri:
- Artıq, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm bir hadisə olan referendum uğurla başa çatıb. Xalqımız bu referendumda yüksək fəallıq nümayiş etdirdi və biz bu fəallığın yerli və xarici müşahidəçilərin fikirlərindən də gördük. Beləliklə, referendumda iştirak edenlərin tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya təklif edilən dəyişikliklərə "HƏ" dedi.
Ümumiyyətlə, Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdiyini, Onun siyasətini dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi. Belə ki, möhtərəm ölkə başçımız həmişə vurğulayır ki, Azərbaycanda aparılan siysasət sosialyönümlü siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətandaşı dayanır. Azərbaycan xalqı bu siyasətə cavab olaraq həmişə olduğu kimi bu dəfə də öz Prezidentini dəstəklədi və bir daha sübut olundu ki Azərbaycan xalqı öz Prezidenti ilə birdir. Azərbaycan xalqı dövlət başçısının başladığı və uğurla davam etdirdiyi Azərbaycanın sürətli inkişafını təmin edən, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edən siyasətini dəstəkləyərək bu siyasətin davam etdirilməsinə səs verdi. Konstitusiyaya edilən əlavə və dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.
Digər tərəfdən, bu əhəmiyyətli dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirməsinə, qeyri-neft sektorunun birinci növbədə kənd təsərüfatının ənənəvi sahələrinin inkişafına , dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni sosial lahiyələrin yerinə yetirilməsinə təkan verəcək.
Bu baxımdan, mən də referendumun uğurla başa çatması münasibəti ilə hər bir dövlətini, vətənini, onun inkişafını istəyən vətəndaşımızı təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm. Biz, bundan sonda daha böyük nailiyyətlərə və uğurlara doğru inamla addımlamağa davam edəcəyik.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB