“Gəlincik” layihəsinin açılışı oldu

“Gəlincik” layihəsinin açılışı oldu

YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Gəlincik" layihəsinin açılış mərasimi və ilk görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib, layihənin məqsədini və layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra təlimçi Zaur Quliyev iştirakçıları salamlayaraq erkən nigahların hüquqi cəhətdən də yol verilməz olduğunu qeyd edib. O bildirib ki, erkən nigahlarla bağlı maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirmək lazimdir.

Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırıldı və tədbir ümumi müzakirə formatında davam edib.

Qeyd edək ki, təlimdə 30 dan artıq tələbə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə