Sabah intensiv yağış yağacaq XƏBƏRDARLIQ

Sabah intensiv yağış yağacaq XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 15-18° isti, gündüz 19-22°, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.

Sentyabrın 28-dən 29-u gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 29-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə