Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin nümayişi - II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2016) başlayıb. Dörd gün davam edəcək sərgidə müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan ADEX sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers" (CEO) şirkəti ADEX sərgisinin təşkilatçıları qismində çıxış edir. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.
Tədbirə olan böyük maraq nəzərə alınaraq, 2016-cı ildə onun iş müddəti 4 günə qədər uzadılıb. Artıq 150-dən çox şirkət ADEX-2016 sərgisində iştirak edəcəyini təsdiqləyib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB