117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Naxçıvanlı Oğuz rayonunda olub. Oğuz şəhər camaatı ilə görüşündə və "ilk dəfə səs verən gənclərlə" kecirilən tədbirdə iştirak edən millət vəkili görüşlər başa çatdıqdan sonra seçiciləri də yaddan çıxarmayıb.
Tədbirlərdən çıxan Aqiyə Naxçıvanlı birbaşa Oğuz Rayon Mədəniyyət Mərkəzində yerləşən "deputatın qəbul otağı"na gələrək onunla şəxsən görüşmək istəyən seçiciləri qəbul edib. Seçicilərdən bir neçəsinin qaldırdığı şəxsi problemləri yerində həll edilib. Digər problemlərlə bağlı aidiyyəti idarələrin rəhbərləri ilə söhbətlər aparıb, məsələlərin qısa müddətdə həllinin tapılması üçün müvafiq tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB