Bu gün Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanır. Şəhər yüksək təntənə içərisindədir. SİA-nın məlumatına görə, ölkə Prezident cənab İlham Əliyevə daim sədaqətli olan gəncəlilər Konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsində fəallıq göstərərək, axın-axın seçki məntəqələrinə gəlir, parlaq gələcək naminə hamılıqla səs verirlər. Daha möhtəşəm bayram sevinci isə 39 saylı Kəpəz birinci(Gəncə) Seçki Dairəsinin 15 saylı məntəqəsində yaşanıb.
Gəncə sakinləri Xaliq Aydınlı və Təhminə Səmədzadənin toy günü Referendum gününə təsadüf etdiyindən, gənclər bəy-gəlin libasında seçki məntəqəsinə gəliblər və Konstitusiya islahatlarına səs veriblər. Xaliq Aydınlı bildirib ki, 26 sentyabr bizim həyatımıza əbədi həkk olunacaq. Çünki bu gün bizim həyatımızın uğur başlanğıcıdır. Biz xoşbəxt olacağımıza inanırıq və bu xoşbəxtliyə, gözəl gələcəyimizə səs veririk.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB