Qərb bölgəsində seçicilər daha aktivdir

Qərb bölgəsində seçicilər daha aktivdir

Referendumla bağlı keçirilən səsvermədə qərb bölgəsinin əhalisi aktivdir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə üzrə 4 Seçki Dairə Komissiyası fəaliyyət göstərir. 1490-dan çox müşahidəçi seçkinin gedişatını izləyir. 150862 seçicisi olan məntəqələrdə isə 40-dan çox web-kamera quraşdırılıb. Seçkilərin Avropa standartlarına uyğun keçirilməsi üçün əlillərə və məhbuslara da şərait yaradılıb. Belə ki, Gəncədə əlil arabaları ilə hərəkət edən seçicilərin məntəqəyə daxil olması üçün panduslar quraşdırılıb.

107 saylı Qazax Dairə Seçki Komissiyasının seçiciləri də konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı səsvermə zamanı öz fəallığı ilə seçilib. 36 məntəqəsi olan DSK-da 43 min 765 seçici qeydiyyatdadır. Bu rayonda 100 yaşından yuxarı 7 nəfər isə səsvermə hüququndan istifadə edib öz fikirlərini bildirəcək.

Şəmkir rayonunda 4 Dairə Seçki Komissiyası fəaliyyət göstərir. Burada da seçkilərin şəffaf keçirilməsi üçün hər cürə şərait yaradılıb. Səs vermənin gedişatını izləmək üçün 21 məntəqədə Web-kamera quraşdırılıb. Şəmkir rayonunda seçki ilə bağlı heç bir qanun pozuntusu aşkar edilməyib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə