Sabirabadda 84 yaşlı Əməkdar müəllim səs verdi

Sabirabadda 84 yaşlı Əməkdar müəllim səs verdi

Sabirabad rayonunun yaşlı sakinlərindən 84 yaşlı Zibeydə Mirzəyeva xəstə olmasına baxmayaraq, bugünkü seçkidə iştirak edib. 1932-cı ildə Sabirabad şəhərində anadan olmuş, hazırda Sabirabad şəhərində yaşayan 84 yaşlı Mirzəyeva Zübeydə Ağavəli qızı 63 saylı Sabirabad birinci seçki dairəsinin 01 saylı şəhər seçki məntəqəsində səs verib. O, uzun illər müəllim kimi əmək fəaliyyəti ilə məşğul olub. Əməkdar müəllim kimi şərəfli ad alıb. 1979-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və onun iştirakı ilə açılan Nizami Gəncəvi adına şəhər orta məktəbinin yeni binasının açılışında o da rayon Təhsil Şöbəsinin müdiri kimi iştirak edib.

"Mən fəxr edirəm ki, Ulu öndər Heydər Əliyevlə ünsiyyətdə olan şəxslərdən biriyəm. Sabirabadın dirçəlişi o dahi rəhbərin adı ilə bağlıdır. Bu gün də rayonumuz onun layiqli davamçısı İlham Əliyevin sayəsində inkişaf edir. Mən Prezidentimizlə qürur duyuram. Referendumda iştirak etməklə Prezidentimizin siyasətinə səs verirəm. Allah onu qorusun" -deyə, Zibeydə Mirzəyeva qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə