Ukraynadakı səfirliyimizdə səsvermə davam edir FOTOLAR

Ukraynadakı səfirliyimizdə səsvermə davam edir FOTOLAR

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Ukraynada daimi yaşayan və ya müvəqqəti həmin ölkədə olan həmvətənlərimizin iştirakının təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 50 saylı seçki məntəqəsi bu gün, sentyabrın 26-da Kiyev vaxtı ilə saat 08:00-da açılıb.

Səhər tezdən burada səsvermədə böyük canlanma müşahidə olunur. Səsvermə davam edir. Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 19:00-da bağlanacaq.

Ə.Ələkbərli, SİA-nın Ukrayna bürosunun rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə