Ağcabədidə referendum yüksək seçici fəallığı ilə keçirilir FOTOLAR

Ağcabədidə referendum yüksək seçici fəallığı ilə keçirilir FOTOLAR

Ağcabədi rayonunda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçirilən referendum yüksək seçici fəallığı ilə keçir. YAP Ağcabədi rayon təşkilatından SİA-ya verilən məlumata görə, Ağcabədi rayonu üzrə 2 seçki dairəsi- 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi fəaliyyət göstərir.

82 saylı Ağcabədi seçki dairəsi üzrə 46 seçki məntəqəsində 45601, 83 saylı Ağcabədi–Füzuli seçki dairəsinin Ağcabədi rayonu üzrə 27 seçki məntəqəsində 21274 nəfər seçici vardır.

Saat 15:00-dək rayon üzrə 37000 nəfərdən artıq seçici seçki məntəqələrinə gələrək, səsvermədə iştirak edib.

Seçicilərin seçki məntəqələrinə axını davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə