Şimal bölgəsində DSK-dan saat 12:00-a olan məlumat FOTOLAR - SƏS TV
Ölkənin hər yerində olduğu kimi, şimal bölgəsində də referendum seçkiləri keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şimal rayonlarında fəaliyyət göstərən 51, 52, 53, 54, 55 və 56 saylı DSK-dan bildirilib ki, 07:45 radələrində bütün seçki məntəqələrində şəffaf qutular möhürlənib. Daha sonra seçkiyə başlanılıb. Məntəqələrdə seçicilərin səs verməsi üçün lazımı şərait yaradılıb. Bəzi seçicilər hətta seçkiyə yarım saat qalmış səs vermək üçün məntəqələrə axışıb.
Saat 12:00-a olan məlumat
51 Saylı Qusar Seçki dairəsində 16830 - 35,8 %
52 Saylı Quba Seçki Dairəsi 15251 - 33,7 %
53 Saylı Quba-Qusar Seçki Dairəsində 15484 - 32,5 %
54 Saylı Şabran-Siyəzən Seçki Dairəsində 16484 - 32,10 %
55 Saylı Xaçmaz Şəhər Seçki Dairəsində 14680 - 33,4 %
56 Saylı Xaçmaz kənd Seçki Dairəsində 15525 - 33, 9 %
Seçki məntəqələrində əhalinin fəallığı müşahidə olunub. Seçicilər seçkilərin demokratik şəkildə, heç bir qanun pozuntusuna yol verilmədən davam etdiyini bildiriblər.
Qeyd edək ki, 6 Seçki Dairəsi üzrə 366 məntəqə səsvermədə iştirak edir. 278 min 583 seçicidən 3068 nəfər ilk dəfə səsvermədə iştirak edir. 6 Seçki dairələrində 3477 nəfər müşahidəçi iştirak edir.





Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB