Göygöl rayonunda seçkilər ruh yüksəkliyi ilə davam edir

Göygöl rayonunda seçkilər ruh yüksəkliyi ilə davam edir

Göygöl rayonunda konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirilən seçkidə ruh yüksəkliyi müşahidə olunur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görı, 45 min 616 seçicisi olan 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin də 800-dən artıq gənc ilk dəfə səs verərək öz sözlərini deyəcək. 81 məntəqədə seçicilərin rahat səs verməsi üçün hər cür şərait yaradılıb.

Dairə Seçki Komissiyasından verilən məlumata görə, Daşkəsən və Göygöl rayonunun ərazisində yerləşən hərbi hissələrdə də əvvəlcədən şərait yaradılıb. Həmin məntəqələrdə də qanuna uyğun olaraq seçkilər ruh yüksəkliyi ilə davam edir. Müşahidəçilərin sözlərinə görə bu saatlara kimi heç bir qanun pozuntusu aşkar edilməyib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə