89 yaşlı seçici: "Mən öz taleyimə biganə qala bilməzdim"

89 yaşlı seçici: "Mən öz taleyimə biganə qala bilməzdim"

"Mənə çətin olsa da, heç kimin yardımı və dəstəyi olmadan seçki məntəqəsinə gəldim və artıq səs də verdim. Çünki mən öz taleyimə biganə qala bilməzdim". Bunu SİA-ya açıqlamasında ən yaşlı seçicilərdən olan Matrienko Faina Fyodorovna 22 saylı Nəsimi dairə seçki komissiyasının 25 saylı seçki məntəqəsində səs verdikdən sonra bildirib.

F.Matrienko bəyan edib ki, o, bütün əvvəlki seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinə dəstək verib: "Ənənəmə uyğun olaraq bu dəfə də seçki məntəqəsinə gələrək Prezident İlham Əliyevin irəli sürdüyü konstitusiya dəyişikliyinə "HƏ" deməyi özümə borc bildim. Mənim yaxınlarım, qohumlarım, qonşularım da məntəqələrə gələrək səsvermədə iştirak ediblər. Çox şadam ki, mən Azərbaycanda yaşayıram, Prezidentim də İlham Əliyevdir".

Bütün xəbərlər Facebook səhifəmizdə