93 saylı Bərdə şəhər Dairə Seçki Komissiyası üzrə keçirilən səsvermədə seçici aktivliyi müşahidə edilir. Bu DSK üzrə 50 seçki məntəqəsi var. Məntəqələr üzrə 40 mindən çox seçici qeydiyyata alınıb. 11 seçki məntəqəsində səsverməni onlayn izləmək üçün vebkameralar quraşdırılıb. Bütün məntəqələrdə seçkiləri müşahidəçilər izləyir. Şəhər dairəsi üzrə 535 yerli müşahidəçi qeydiyyata alınıb. Seçicilərin rahat və sərbəst şəkildə səs verməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb.
Qeyd edək ki, rayonda 2 dairə üzrə seçki keçirilir. 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd dairələri üzrə 54 məntəqə fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB