Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə 22 məntəqədə (1 ,2, 3, 4, 7, 9, 10, 11, 12, 13 şəhər, 15 saylı Qalağayın, 16 saylı Qalağayın, 17 saylı Qalağayın, 18 saylı Balakənd, 20 saylı Suqovuşan, 22 saylı Qaralar, 23 saylı Məmişlər, 28 saylı Axısxa, 30 saylı Qəzli, 32 saylı Quruzma, 33 saylı Qaraqaşlı, 34 saylı Kovlar), 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə 2 məntəqədə (1 saylı Şəhriyar-Axtaçı, 40 saylı Nərmankənd), 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin Sabirabad rayonu üzrə 2 məntəqədə (22 saylı Qasımbəyli-Əsgərbəyli, 23 saylı Muradbəyli-Yuxarı Axtaçı) müşahidə aparırlar.
AVCİYA-dan SİA-ya verilən məlumata görə, Assosiasiyanın Sabirabad rayonu üzrə koordinatoru Seyidrza Qubadov seçicilərin fəallağı barədə danışıb: "Müşahidə apardığımız seçki məntəqələrində şəffaflıq çox yüksəkdir. Seçicilər açıq-açığına referendumda dəyişiklikləri dəstəklədiklərini bildirirlər. Qeyd edim ki, indiyədək seçicilərin 13 faizindən çoxu iştirak edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB