Hacıqabulda seçicilər məntəqələrə axın-axın gəlir FOTOLAR - SƏS TV

Hacıqabulda seçicilər məntəqələrə axın-axın gəlir FOTOLAR - SƏS TV

Bu gün, 26 sentyabr 2016-cı il tarixdə Azərbaycanda Konistitusiyamızın 29 maddəsinə əlavə və dəyişiklik edilməsi üçün ümumxalq səsverməsi - referendum keçirilir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, səhər saat 08:00 da artıq 58 saylı Hacıqabul dairəsi məntəqələrdə səsvermənin başlamasına start verib.

Məlumat üçün bildirək ki, 58 saylı Hacıqabul DSK-nın 49 seçki məntəqəsi üzrə 44343 nəfər seçici səsvermədə iştirak edəcək. Bunlardan 80-100 yaş arası olan seçicinin sayı 786 nəfər, 100 yaşdan yuxarı olan 9 nəfər, ilk dəfə səs vermə hüququ qazanan, yəni 18 yaşlı seçici isə 703 nəfərdir. 58 saylı Hacıqabul DSK-nın 8 məntəqəsində VEB kameralar quraşdırılıb. 49 seçki məntəqəsində 3 təşviqat qurupundan ümumilikdə 652 nəfər müşahidəçi səsvermənin gedişini izləyəcək.

Referendum günü saat 08:00 da 1447 nəfər seçicisi olan 1 saylı seçki məntəqəsinin sədri Cəmilə Ağamalıyeva məntəqənin açılışını elan edib. Yağışlı hava olmasına baxmayaraq seçicilər məntəqə açılandan aktiv səs vermədə iştirak edirlər.

1373 nəfər seçicisi olan 3 saylı seçki məntəqəsində də seçici aktivliyi müşahidə olunur. Hər iki məntəqədə 100 nəfərə yaxın seçici artıq referendumda iştirak edib. Müşahidəçilər seçkinin şəffaf, demokrtatik keçdiyini bildirirlər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə