Berlinqton qatili tapıldı ARKAN ÇƏTİN

Berlinqton qatili tapıldı ARKAN ÇƏTİN

ABŞ-ın Berlinqton şəhərinin mərkəzində (Vaşinqton ştatı) yerləşən ticarət mərkəzində beş nəfərin qətlə yeririlməsində şübhələnən Arkan Çətin vaxtilə Türkiyədə yaşayıb, lakin sonradan daimi yaşayış üçün ABŞ-a köçüb. SİA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib. Qeyd olunub ki, Vaşinqton ştatının hakim orqanlarının bildirdiyinə görə, onlar hələ ki, terror ehtimalını istisna etmirlər. İstintaq və araşdırma işləri hələlik ilkin mrhələdə və ehtimallar əsasında aparılır.

"Şübhəli poislə qarşılaşdığı vaxt qaçmağa çalışmayıb və yerində qalıb"-deyə hakimiyyət orqanlarından bildirilir. Qətlin motivləri isə bəlli deyil. Müstəntiq deyib ki, şübhəli ticarət mərkəzinə silahsız şəkildə daxil olub.

Qeyd edək ki, ötən gün Vaşinqton ştatının Berlinqton şəhərində fəAliyyət göstərən ticarət mərkəzində beş nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət hadisəsi baş verib. Polis bundan öncə hadisənin törədilməsində bir neçə nəfərin atəş açdığı ehtimalı üzərində dayanmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə