Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini sutka ərzində ümumilikdə 6 dəfə pozub. Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altındakı Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB