“ASAN xidmət”də referendum günü qeyri-iş günü olacaq

“ASAN xidmət”də referendum günü qeyri-iş günü olacaq

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

Sentyabrın 27-dən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə