Bakıda ekoloji aksiya keçirilib

Sentyabrın 24-də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyi ərazisində "Topla, təmizlə, fərqi gör!" şüarı altında ekoloji aksiya keçirilib. Ənənəvi tədbir "Coca-Cola" şirkəti, "PAŞA Bank", "Bakcell" mobil operatoru, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və "Let’s Do It Azerbaijan" proqramı tərəfindən təşkil edilib.

Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti və "Təmiz Şəhər" ASC-nin dəstəyi ilə keçirilib. Bu il aksiyaya "Green Baku" ekoloji gənclər birliyi, "Bir" tələbə-könüllü proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, "ADA" Universiteti, "Youth Inc." gənclərin sahibkarlıq proqramı və "Hard Rock Cafe" də qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə