Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Qax rayon şöbəsi Yeni Azərbaycan Partiyasının Qax rayon təşkilatının qərargahında qadın seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə "Yeni Azərbaycan" təşviqat qrupunun Qax rayon şöbəsinin sədri Nizami Əhmədov açaraq qeyd edib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı Azərbaycan xalqının iradəsi, istəyi ilə və vaxtında irəli sürülmüş bir sənəddir: "Çünki son illər ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha çox inkişaf edib, daha çox beynəlxalq aləmə inteqrasiya olub, daha çox özündə demokratik dəyərləri birləşdirib. Konstitusiyamızın 29 maddəsində təklif olunan əlavə və dəyişikliklər tarixi zərurətdən doğur. Odur ki, xalqımız 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda öz sözünü deyəcək və dövlətimizin daha da möhkəmlənməsi naminə səs verəcəklər".
Qax rayonu üzrə təbliğat-təşviqat qrupunun üzvləri YAP Qax rayon təşkilatının sədr müavini Eldəniz Şabanov, YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova qadınlar qarşısında çıxış edərək bildirdilər ki, bu gün dövlətimiz inkişaf tempinə görə dünya miqyasında lider dövlətlərdəndir. Bütün istiqamətlər üzrə inkişaf edən dövlətin Konstitusiyasında dəyişiklik zəruridir. Və bu Referendum aktına olunan əlavə və dəyişikliklər xalqımızın hüquqlarının qorunmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə, ümumiyyətlə işıqlı gələcəyimizə xidmət edəcəkdir. Əminik ki, Qax qadınları da ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcəklər.
Tədbirdə çıxış edən qadınlar vurğulayıblar ki, Azərbaycan qadını igid qadınlarımızın, o cümlədən İSESKO və YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın timsalında həmişə dövlətçilik naminə gedən proseslərdə ön cərgədə olub. 26 sentyabrda keçiriləcək referendumda da qadınlar Azərbaycan vətəndaşının yaxşı yaşaması, Azərbaycan dövlətinin daha da inkişaf etməsi naminə təklif olunan dəyişikliklərə öz müsbət münasibətini bildirərək aktivlik nümayiş etdirəcəklər.
Zaqatala rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsi təbliğat-təşviqat kampanyası çərçivəsində Zaqatala şəhər seçiciləri ilə növbəti görüşünü keçirib. Zaqatala şəhərində, Rayon Kooperativlər Cəmiyyətinin klubunda baş tutan görüşdə 500 nəfər şəhər sakini, Milli Məclisin deputatı Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatınını sədri Habil Qurbanov, YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinini sədri Ramin Həsənov, YAP Zaqatala rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova, Zaqatala rayon Mərkəzi Xəstəxananın həkimi Rövşən Əhəmədov iştirak ediblər .
Tədbiri "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanov açaraq Zaqatalada referendumla bağlı təbliğat – təşviqat kompanyasının yüksək səviyyədə, insanların fəallığı, məmnunluğu və müsbət rəyi ilə davam etdiyini deyib. Referendum Aktının layihəsi haqqında ətraflı məlumat verən təşkilat sədri diqqətə çatdırıb ki, Konstitusiya islahatları Azərbaycanın inkişafına xidmət edir, buna görə də xalq tərəfindən dəstəklənir.
Çıxış edən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, konstitusiyaya əlavə olan dəyişikliklərin əhəmiyyətindən danışıb: "Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir.Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və diqər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərin yaranmasına səbəb olacaq".
YAP Zaqatala rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova isə çıxışında əlavə və dəyişikliklərin dövlətimizin gələcək inkişafı üçün önəmli olduğunu deyib: "Hər bir dövlət öz unkişaf tarixinin müəyyən bir mərhələsində mütləq yeniliklərlə müşayət olunmalı, bu yenilikləri həyatına təbliq etməlidir. Bununla yanaşı, hüquqi bazasını, dölət vətəndaş cəmiyyətinin inkişafına öz tövhəsini verməlidir".
Tədbirdə çıxış edən Zaqatala rayon Mərkəzi xəstəxananın həkimi Rövşən Əhmədov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır: "Referenduma təklif olunana hər bir dəyişiklik ölkəmizin gücünə əlavə qüc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək. Bu mənada Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir".
YAP fəalı Zümrüd Ağakişiyeva da konstitusiyada baş verən islahatların vacibliyindən danışıb.
Görüşdə çıxış edən digər seçicilər də əminliklə vurğulayıblar ki, sentyabrın 26 –da seçki məntəqələrinə gedərək təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB