Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uğura aparan yol" layihəsinə start verilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Ceyhun Eyyubov onun məqsəd və əhəmiyyətindən söhbət açıb. Bildirilib ki, "Uğura aparan yol" layihəsi uğura aparan yolda irəliləyən gənclər üçün bir mənəvi, psixoloji dəstək məqsədi daşıyır. Layihə çərçivəsində təşkil olunacaq seminarlarda, görüşlərdə, eləcə də hazırlanacaq televiziya verilişlərində gənclərə uğur qazanmağın yolları, gördüyü işdə müvəffəqiyyətsizlik riskini sıfıra endirmək bacarığı aşılanacaq.
Layihənin təməlindəki sual belədir: Niyə müvəffəqiyyətsiz oluruq? Çarəsizlik psixologiyasını necə məğlub edə bilərik? Uğur qazanmağı necə öyrənə bilərik? Müvəffəqiyyətli insanların bildiyi, digər insanların bilmədiyi nədir?
Tədbirdə "Etika akademiyasının" təlimçisi Flora Ağayeva, Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Vəfa Rəşidova çıxış edib, bu kimi layihələrin önəmindən söhbət açıblar.
Tədbirdə çıxış edən gənclər də layihənin uğura gedən yolda irəliləyən gənclərə bir mənəvi, eyni mənada psixoloji dəstək verdiyini diqqətə çatdırıblar. Bildirilib ki, "Uğura aparan yol" layihəsi yalnız özünü inkişaf etdirmək sahəsində deyil, fəlsəfə, təhsil və psixologiya kateqoriyalarında da bir məlumatlar verməklə gənclərə önəmli dəstək olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB