"Venesiya Komissiyasının rəyi anti-azərbaycan qüvvələrin sifarişdir" Millət vəkili

"Venesiya Komissiyasının rəyi anti-azərbaycan qüvvələrin sifarişdir" Millət vəkili

"Venesiya Komissiyasının "Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair açıqladığı ilkin rəy göstərir ki, həmişə olduğu kimi, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanda həyata keçrilən mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr ərəfəsində öz məkrli niyyətlərini həyata keçirtmək üçün hərərkətə keçirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, qaydalara görə Azərbaycanla bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanarkən Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilir və yanlız bundan sonra həmin rəy dərc edilir: "Lakin referendumla bağlı rəy hazırlanarkən bu prosedur qaydaları kobud surətdə pozulmuşdur. Rəydə qeyd olunur ki, Konstitutsiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay kifayət deyil. Ancaq necə olur ki, Komissiya 2 həftə ərzində 29 düzəlişə rəy hazırlayıb dərc edir. Rəydə qeyd olunur ki, vitse-prezidentlik postunun yaradılması demokratik standartları pozur. Rəy müəlliflərindən soruşmaq lazımdır. Hansı beynəlxalq standartlardan söhbət gedir. Özünü dünyanın ən demokratik ölkəsi sayan ABD-də və digər inkişaf etmiş ölkələrdə vitse-prezidentlik institutu çoxdan mövcuddur".

R.Əliyev qeyd edib ki, Azərbaycan Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması ilə bağlı dəyişiklik də komissiya tərəfindən tənqid olunur: "Ancaq yaddan çıxarırlar ki, hazırda dünyanın bir çox ölkələrində bu təcrübədən istifadə olunur. Referendum aktının layihəsi ilə əlaqədar komisssiyanın digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır. Çox təssüf ki, bu məsələdə də Komissiya başqa ölkələrin təcrübəsinə istinad etmir. Rəydə ancaq paralamentin buraxırlması səbəbləri sadalanıb. Bu səbəblər Konstitutsiyanın müvafiq maddələrinə əsaslanır: parlament hansı hallarda, hansı vəzifələri icra edə bilmədikdə buraxıla bilər.

Rəylə tanış olduqdan sonra hər kəsdə belə təssəvvür yaranır ki, komissiya bu rəyi yanlız anti-azərbaycan, ermənipərəst qüvvələrin sifarişi ilə hazırlayıb. Ancaq bu qüvvələr nə qədər çalışsalar da Azərbaycan öz seçdiyi yoldan dönməyəcək. Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlə inkişaf edəcək və dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri arasında öz yerini daha da möhkəmlədirəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə