Bakı Ali Neft Məktəbində (BANM) sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə də dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsverməs (referendum) ilə əlaqədar iclas keçirildi. BANM-dan SİA-ya verilən məlumata görə, iclasda BANM-ın rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında " Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən söz açaraq növbəti referendumun keçirilməsinin ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addım olduğunu bildirdi.
Elmar Qasımov ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu hadisənin vacibliyindən söz açdı:"26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin xalqımızın rifahına, yüksəlişinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha geniş mənada qorunmasına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycan vətəndaşlarının bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəyinə əminəm. Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırıram".
İclasda digər çıxış edənlər ölkənin əsas qanununa təklif edilən dəyişiklikləri dəstəklədiklərini və referendumda iştirak edəcəklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB