Şnobel mükafatı keçi protezləri düzəldənə verildi FOTO

Şnobel mükafatı keçi protezləri düzəldənə verildi FOTO

Üç gün Alp dağlarında keçi dərisi altında və bu heyvanın ayaqlarını imitasiya edən protezlər vasitəsilə yaşayan Brtitaniyalı araşdırmaçı Şnobel mükafatına layiq görülüb. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Tomas Tueyts keçi kimi yerimək üçün xüsusi protezlər taxıb və bu barədə jurnalistlərə danışarkən bildirib ki, o dağ keçilərinin sürüsünə daxil olmağa çalışsa da sürü onu qəbul etməyib və aqressiv qarşılayıb.

Tueyts mükafatını digər britaniyalı Çarlz Fosterlə bölüşüb. Hansı ki, o porsuq, tülkü və maral cildində meşələrdə yaşayıb.

Qeyd edək ki, Şnobel mükafatı Mark Abraham və yumoristik "Möcüzəli araşdırmalar annalı" dərgisi tərəfindən1991-ci ildə təsis edilib. Mükafatlar insanların maraqlarını cəlb edə bilən araşdırmalara, ideyalara görə verilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə