Türkiyə səfiri MŞ- nın diplomu ilə təltif olunub SƏS TV

Türkiyə səfiri MŞ- nın diplomu ilə təltif olunub SƏS TV

Bu gün Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunla vida görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə baş redaktorlar, sayt rəhbərləri iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Türkiyə və Azərbaycan münasibətləri yüksək səviyyədədir: "Dünyada başqa iki ölkə yoxdur ki, münasibətləri belə səviyyədə olsun. İki ölkə arasında qardaşlıq münasibətləri var. Dövlətlərimiz bir-birini dəstəkləyir, düşmənlərə qarşı birgə mübarizə aparırlar".

Ə.Amaşov iki ölkənin münasibətlərinin inkişafında və media arasında əlaqələrin güclənməsində səfirin rolunu qeyd edib. Daha sonra iki ölkə arasındakı media əlaqələrinin inkişafında səmərəli xidmətlərinə görə İsmayıl Alper Coşqun MŞ- nın diplomu ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə