Prezident Mingəçevirdə səfərdədir

İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib
Prezident Mingəçevirdə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ümummilli Liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud "Ana və uşaq" kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Sənaye Parkının təməlini qoyub. Sonra Azərbaycan prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə