Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts Qəbələ və Şəki şəhərlərinə səfər edib. SİA-ya səfirlikdən verilən məlumata görə, tanışlıq məqsədi daşıyan səfər zamanı diplomat Qəbələ icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşüb. Görüşdə xanım səfirə rayonun tarixi, sosial-iqtisadi vəziyyəti, inkişafı barədə məlumat verib.
K.Krofts, həmçinin Nic kəndindəki udi-alban kilsəsini, Gilan konserv zavodunu, TVET kollecini, ISSF (Beynəlxalq Atıcılıq İdman Federasiyası) ziyarət edib.
Şəkiyə səfər zamanı isə səfir icra başçısı Elxan Usubovla, yerli QHT nümayəndələri ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB